West-East Forward MMC AGTL-ə üzv qəbul olunub

West-East Forward MMC AGTL-ə üzv qəbul olunub

West-East Forward MMC AGTL-ə üzv qəbul olunub

West-East Forward MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul olunub.

Şirkətin AGTL-ə üzv olması logistika və xarici ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi baxımından yeni imkanlar yaradacaq. Bu əməkdaşlığın sektorun inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

AGTL West-East Forward MMC-ni yeni üzv kimi salamlayır və şirkətlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini arzulayır.