Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) daha bir şirkət tərəfindən üzvlük müraciəti daxil olub. “Trend Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyaya üzv olmaq məqsədilə rəsmi müraciətini təqdim edib.
Müraciət Assosiasiyanın müəyyən olunmuş prosedurlarına uyğun olaraq nəzərdən keçiriləcək və müvafiq qərar qəbul ediləcək. “Trend Logistics” MMC-nin Assosiasiyaya qoşulması logistika sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinə, həmçinin Assosiasiyanın strateji fəaliyyətinə dəstək verilməsinə şərait yaradacaq.