“Trend Logistics” MMC AGTL-ə üzv olub

“Trend Logistics” MMC AGTL-ə üzv olub

“Trend Logistics” MMC AGTL-ə üzv olub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib.

Belə ki, “Trend Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyanın tamhüquqlu üzvü olub. Üzvlük çərçivəsində şirkət AGTL-in peşəkar şəbəkə imkanlarından yararlanacaq, logistika sahəsində birgə layihələrdə iştirak edəcək və təcrübə mübadiləsinə qoşulacaq.
2024-cü ildə Azərbaycan Respublikasında təsis edilən Trend Logistics MMC şirkəti Beynəlxalq Yükdaşıma sahəsində fəaliyyət göstərir. Şirkət Quru yolu, Dəmir yolu, Dəniz yolu, Hava yolu, Multimodal və Minik Avtomobilləri daşıması üzrə geniş xidmətlər təqdim edir. Çoxillik təcrübəyə malik peşəkar komandası və müasir texnologiyaları ilə Trend Logistics MMC şirkəti müştərilərinə yüksək keyfiyyətli, etibarlı və effektiv logistika həlləri təqdim edir. Daşımaların təhlükəsiz, operativ və səmərəli həyata keçirilməsi şirkətin əsas prioritetlərindəndir. Trend Logistics MMC logistika sahəsində Beynəlxalq Networkinglərin üzvü olmaqla yanaşı, ISO standartlarına uyğunluğunu təsdiqləyən Beynəlxalq Sertifikatların da sahibidir. Bu, şirkətin xidmət keyfiyyətinə və qlobal bazarda rəqabət qabiliyyətinə əlavə etibar qazandırır.
Qeyd edək ki, AGTL üzvlərinə beynəlxalq logistika təcrübələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və bazar imkanlarının genişləndirilməsi istiqamətində dəstək göstərir.