• [email protected]
  • Bakı ş., Xəzər r., Mərdəkan qəs., Ə. Rəhimov küç., dalan 1, ev 5

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AGTL arasında görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AGTL arasında görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AGTL arasında görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbər heyəti və üzvləri ilə görüş keçirilib.

Görüşdə nəqliyyat və logistika sahəsində mövcud vəziyyət, sektorun inkişaf perspektivləri, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən tərəflər nəqliyyat-logistika ekosisteminin daha da təkmilləşdirilməsi, sahədə fəaliyyət göstərən şirkətlərin üzləşdiyi məsələlərin operativ həlli və institusional əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, bu sahədə birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq ifadə edilib.



#AGTL #gömrük #logistics #customs