22 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayan Neptune Logistics Group (Baku) şirkətinin rəsmi açılış mərasimində iştirak ediblər.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Çin Xalq Respublikasının səfiri, logistika sektorunun təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimində Neptune Logistics Group (Baku) şirkətinin fəaliyyəti və gələcək inkişaf planları təqdim olunub. Çıxışlarda Azərbaycanın Orta Dəhliz üzrə strateji rolu, ölkənin tranzit potensialı və beynəlxalq logistika əlaqələrinin genişləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, şirkətin Azərbaycan şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.
Tədbir çərçivəsində logistika sektorunun inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir logistika həllərinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.






