• [email protected]
  • Bakı ş., Xəzər r., Mərdəkan qəs., Ə. Rəhimov küç., dalan 1, ev 5

Azərbaycanın Afrika bazarına ixrac imkanlarının genişləndirilməsi, logistika marşrutlarının inkişafına həsr olunmuş işgüzar görüş keçirilib

Africa Azerbaijan Cooperation (AFAZ Cooperation) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) tərəfindən AGTL-yə üzv nəqliyyat və logistika şirkətlərinin iştirakı ilə Azərbaycanın Afrika bazarına ixrac imkanlarının genişləndirilməsi, logistika marşrutlarının inkişafı və mövcud çağırışların müzakirəsinə həsr olunmuş işgüzar görüş keçirilib.

Tədbirin açılışında AFAZ Cooperation-un rəhbəri Rəna Qəfərova və AGTL-nin sədri Vüsal Qasımov çıxış edərək Azərbaycan məhsullarının Afrika bazarına çıxışının genişləndirilməsi, beynəlxalq logistika şəbəkələrinin inkişafı və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı AGTL-yə üzv nəqliyyat və logistika şirkətlərinin nümayəndələri ilə Azərbaycanın Afrika qitəsinə ixrac potensialı, əsas Afrika limanlarına mövcud nəqliyyat marşrutları, alternativ tranzit dəhlizləri, logistika xərcləri, gömrük prosedurları və ixrac prosesində qarşıya çıxan çətinliklər ətraflı şəkildə müzakirə olunub. İştirakçılar Afrika bazarına çıxışın daha səmərəli təşkili üçün praktiki həll yolları və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.