8 may 2025-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Caspel” MMC şirkətinin sponsorluğu ilə “Nəqliyyat sektorunda kibertəhlükəsizlik” mövzusunda sektorial görüş keçirilib.
Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşı da iştirak edib, gömrük və logistika sektorunda fəaliyyət göstərən KOB-ların kibertəhlükəsizliyi üzrə dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlığın inkişafı üzrə müzakirələr aparılıb.
Həmçinin tədbir zamanı nəqliyyat və logistika sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud kibertəhdidlər və onlarla mübarizə yolları müzakirə edilib.