"Customs Office" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edilib

"Customs Office" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edilib

"Customs Office" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının yeni üzvü olan "Customs Office" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim edilib.

"Customs Office"MMC 2021-ci ildə təsis edilmiş, gömrük brokeri kimi fəaliyyəti göstərən şirkətlərdən biridir.Təsis edildiyi ilk gündən qarşıya qoyulan məqsəd, gömrük orqanları ilə sahibkarlar arasında, qanunvericiliyin tələblərinə uyğun olaraq, körpü rolunu oynamaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri gömrüklə münasibətdə layiqincə təmsil etmək olub. Şirkət fəaliyyət göstərən gündən bir çox strateji lahiyələrdə iştirak edərək tərəfdaşlıq etdikləri şirkətlərin qarşılarına qoyduğu hədəflərə uğurla çatıb. "Customs Office" MMC olaraq, professional kadrları ilə həmişə sahibkarlıq subyektləri ilə tərəfdaşlıq etməkdən qürur duyur.