Qarabağ Transport LTD MMC Assosiasiyanın üzvü olub

Qarabağ Transport LTD MMC  Assosiasiyanın üzvü olub

Qarabağ Transport LTD MMC Assosiasiyanın üzvü olub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib. “Qarabağ Transport LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyanın rəsmi üzvü kimi qeydiyyata alınıb.

Qarabağ Transport LTD MMC, 7 illik fəaliyyət müddətində Azərbaycanda və beynəlxalq arenada etibarlı logistika tərəfdaşı kimi formalaşmış nəqliyyat şirkətidir. Şirkət quru, dəniz və dəmir yolu vasitələri ilə beynəlxalq yük daşımalarının təşkili üzrə geniş xidmət portfelinə malikdir. Peşəkar komandası, təhlükəsizlik standartlarına ciddi riayət edilməsi, çevik idarəetmə sistemi və müştəri yönümlü yanaşması ilə tanınan Qarabağ Transport LTD MMC qısa müddətdə özünü bazarda etibarlı və stabil tərəfdaş kimi təsdiqləmişdir. Şirkət müasir texnoloji həllərdən istifadə edərək daşımaların izlənməsi və idarə olunmasını tam şəffaf şəkildə təmin edir. Qarabağ Transport LTD MMC hər bir müştəri üçün fərdi logistika strategiyası hazırlayaraq xərclərin optimallaşdırılmasına və sürətli çatdırılmaya nail olur. Geniş nəqliyyat parkı və əməliyyat çevikliyi şirkətə böyük həcmli layihələri də yüksək dəqiqliklə icra etməyə imkan verir. Qarabağ Transport LTD MMC-nin əsas məqsədi beynəlxalq səviyyədə rəqabətə davamlı, etibarlı və innovativ logistika xidmətləri təqdim etməkdir.

Şirkətin Assosiasiyaya qoşulması logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də sektor üzrə təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

AGTL “Qarabağ Transport LTD” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayır və bu əməkdaşlığın şirkətin inkişafına, eləcə də Assosiasiyanın fəaliyyət istiqamətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə inanırıq.