Narçın Transport MMC, Narçın Ports and Terminals MMC Assosiasiyaya üzvlük üçün müraciət edib

Narçın Transport MMC, Narçın Ports and Terminals MMC Assosiasiyaya üzvlük üçün müraciət edib

Narçın Transport MMC, Narçın Ports and Terminals MMC Assosiasiyaya üzvlük üçün müraciət edib

Logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən Narçın Transport MMC, gömrük təmsilçiliyi üzrə fəaliyyət göstərən Narçın Ports and Terminals MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzvlük üçün rəsmi müraciət edib.

Müraciətin məqsədi logistika və gömrük təmsilçiliyi sahəsində institusional əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin beynəlxalq və yerli daşımalar sahəsində müasir standartların tətbiqinə töhfə verməkdir.

Qeyd olunub ki, Narçın Transport MMC, Narçın Ports and Terminals MMC fəaliyyətində operativlik, şəffaflıq və qanunvericiliyə uyğunluq prinsiplərini əsas tutur. Hər iki şirkət xidmətlərinin keyfiyyətinin artırılması, gömrük prosedurlarının düzgün və vaxtında icrası istiqamətində fəaliyyətini davam etdirir.

Assosiasiyaya üzvlük hər iki şirkətə sahə üzrə yeniliklərdən operativ şəkildə xəbərdar olmaq, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirmək, eyni zamanda logistika sektorunun inkişafına töhfə vermək baxımından əlavə imkanlar yaradacaq.