Logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən Narçın Transport MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub.
AGTL-yə üzvlük Narçın Transport MMC-nin logistika və nəqliyyat sahəsində fəaliyyətinin daha da genişlənməsinə, institusional əməkdaşlığın gücləndirilməsinə, həmçinin sahə üzrə qabaqcıl təcrübənin tətbiqinə əlavə imkanlar yaradacaq.
Qeyd olunub ki, Narçın Transport MMC fəaliyyətində operativlik, etibarlılıq və qanunvericiliyə uyğunluq prinsiplərini əsas tutur və logistika xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində işlərini davam etdirir. AGTL çərçivəsində əməkdaşlıq şirkətin sektorun inkişafına töhfə verməsinə və üzvlər arasında təcrübə mübadiləsində fəal iştirakına şərait yaradacaq.

#AGTL #gömrük #logistics #customs

