Beynəlxalq şirkətlərin təmsilçiliyi sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biri olan Narçın Ports and Terminals MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub.
AGTL-yə üzvlük Narçın Ports and Terminals MMC-nin gömrük təmsilçiliyi və beynəlxalq əməkdaşlıq sahəsində institusional əlaqələrinin genişlənməsinə, sahə üzrə koordinasiyanın gücləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd olunub ki, Narçın Ports and Terminals MMC uzun illərdir beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkədə təmsilçilik fəaliyyəti göstərir və bu sahədə böyük təcrübəyə malikdir. AGTL çərçivəsində əməkdaşlıq şirkətin Assosiasiyanın fəaliyyətində fəal iştirakına və sektorun inkişafına töhfə verməsinə şərait yaradacaq.

#AGTL #gömrük #logistics #customs

