Gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən Mega Customs Service MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub.
AGTL-ə üzvlük Mega Customs Service MMC-nin gömrük və logistika sahəsində institusional əməkdaşlığının genişlənməsinə, üzvlər arasında təcrübə mübadiləsinin gücləndirilməsinə və xidmət keyfiyyətinin daha da artırılmasına imkan yaradacaq.
Qeyd olunub ki, Mega Customs Service MMC fəaliyyətində qanunvericiliyə uyğunluq, operativlik və şəffaflıq prinsiplərini əsas tutur. AGTL çərçivəsində əməkdaşlıq şirkətin logistika sektorunun inkişafına töhfə verməsinə və Assosiasiyanın fəaliyyətində fəal iştirakına şərait yaradacaq.
.jpg)
#AGTL #gömrük #logistics #customs

