Gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən Hasan Broker MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul olunub.
HASAN BROKER MMC 2019-cu ildən etibarən gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərir. Şirkət idxal, ixrac, tranzit və digər gömrük əməliyyatları üzrə gömrük bəyannamələrinin tərtibi və mal və nəqliyyat vasitələrinin sahiblərini gömrük orqanlarında təmsil olunması xidmətlərini həyata keçirir. HASAN BROKER MMC bütün növ yüklər üzrə gömrük rəsmiləşdirilməsini operativ və qanunvericiliyə uyğun şəkildə təmin edir. Şirkətin mərkəzi ofisi Dəniz Nəqliyyatı və Enerji Resursları üzrə Baş Gömrük İdarəsi ilə üzbəüz yerləşir. Eyni zamanda, Azərbaycan Respublikasının bütün dəniz limanlarında və sərhəd-keçid məntəqələrində daimi xidmət göstərir. Müasir elektron gömrük sistemləri ilə işləməkdə geniş təcrübəyə malikdir. Peşəkar yanaşma və operativlik şirkətin əsas fəaliyyət prinsipləridir. HASAN BROKER MMC etibarlı və uzunmüddətli tərəfdaşlığa üstünlük verir.
Qeyd edilib ki, yeni üzvlük gömrük və logistika sektorunda peşəkar əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. AGTL çərçivəsində Hasan Broker MMC-nin fəaliyyətinin sahə üzrə əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.


