Lamiyə Xəlilova “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə”-nin sədri vəzifəsinə təyin olunub

Lamiyə Xəlilova  “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə”-nin sədri vəzifəsinə təyin olunub

Lamiyə Xəlilova “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə”-nin sədri vəzifəsinə təyin olunub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərkibində yaradılan “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə”nin sədri vəzifəsinə Lamiyə Xəlilova təyin olunub.


Qeyd edək ki, sözügedən alt komitə qadın sahibkarların institusional dəstəyinin gücləndirilməsi, onların biznes mühitində fəal iştirakının təşviqi, eləcə də sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi məqsədini daşıyır. Alt komitə çərçivəsində qadın sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılması, bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Lamiyə Xəlilovanı bu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə” qadın sahibkarlığın inkişafına, eləcə də assosiasiya çərçivəsində institusional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.