AGTL tərəfdaşlığı ilə WILAT Global-ın Azərbaycanda ilk tədbiri keçirilib

AGTL tərəfdaşlığı ilə WILAT Global-ın Azərbaycanda ilk tədbiri keçirilib

AGTL tərəfdaşlığı ilə WILAT Global-ın Azərbaycanda ilk tədbiri keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərəfdaşlığı ilə WILAT Global-ın Azərbaycanda ilk tədbiri keçirilib

24 dekabr 2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) WILAT Global - Women in Logistics and Transport platformasının Azərbaycanda “Nəqliyyat və logistikada qadınların gücləndirilməsi” mövzusunda baş tutan ilk tədbirində iştirak edib.

Tədbirdə dövlət və özəl sektorun rəhbər nümayəndələri iştirak edib.

Assosiasiya sədri çıxışı zamanı - nəqliyyat və logistika sahəsində qadın sahibkarlığın və peşəkar potensialın artırılmasının Assosiasiyanın əsas prioritetlərindən biri olduğunu və bu istiqamətdə dəstəyin davamlı olacağını bildirib. Bundan başqa sədr "Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının tərkibində yeni yaradılmış "Qadın Sahibkarlarla İş üzrə Alt Komitə"-nin fəaliyyəti istiqamətləri və məqsədi haqda tədbir iştirakçılarına qısa məlumat verib.

#AGTL #WILATGLOBAL #gömrük #logistics #customs