AGTL-in Gömrük Təmsilçiliyi Komitəsinin iclası keçirilib

AGTL-in Gömrük Təmsilçiliyi Komitəsinin iclası keçirilib

AGTL-in Gömrük Təmsilçiliyi Komitəsinin iclası keçirilib

 

23 dekabr tarixində AGTL-in ofisində Gömrük Təmsilçiliyi Komitəsinin iclası baş tutub. Toplantıda komitənin idarə heyəti üzvləri və sahə üzrə nümayəndələr iştirak ediblər.

İclasın əsas məqsədi AGTL-in tərkibində fəaliyyət göstərən Gömrük Təmsilçiliyi Alt Komitəsinin idarə heyətinin digər üzvlərlə birgə toplantısının keçirilməsi, eləcə də Alt Komitə üzrə təkliflər planının və qarşıdakı 6 ay ərzində həyata keçiriləcək fəaliyyət istiqamətlərinin müzakirəsi olub.

Görüşdə “Etibarlı Tərəfdaş Konsepsiyası”nın 8.1.3-cü bəndinin icrası ilə bağlı mövcud problemlər diqqətə çatdırılıb, gömrük təmsilçiliyi sahəsində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
 
Qaldırılan məsələlərlə bağlı konkret təkliflər irəli sürülüb.
Toplantının sonunda səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi və Alt Komitənin fəaliyyət planının formalaşdırılması məqsədəuyğun hesab edilib.

#AGTL #gömrük #logistics #customs