21 dekabr 2023-cü il tarixində KOBİA yanında İctimai Şuranın üzvləri ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında görüş təşkil edilib.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) üzvlərinin, dövlət qrumlarının, özəl sektor nümayəndələrinin və digər ictimai birliklərin iştirakı ilə aktiv dinləmələr və müzakirələr həyata keçirilib. Görüş çərçivəsində qəbul ediləcək qanunlarda işçi qrup səviyyəsində müzakirələrin aparılmasının vacibliyi, gömrük təmsilçiliyi institutunun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda sahibkarların sualları cavablandırılıb.