04 avqust 2026-cı il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA rəhbərliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında işgüzar görüş keçirilib.
Görüşdə logistika sektorunun mövcud vəziyyəti, qarşıya çıxan aktual məsələlər və inkişaf perspektivləri müzakirə olunub.
Agentlik tərəfindən bu istiqamətdə görüşlərin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb, logistika sektorunun inkişafına və sektor nümayəndələrinin qaldırdığı məsələlərin həllinə dəstək göstəriləcəyi bildirilib.

#AGTL #KOBIA #customs #logistics

