“İSO Logistics” MMC Assosiasiyanın üzvü olub

“İSO Logistics” MMC Assosiasiyanın üzvü olub

“İSO Logistics” MMC Assosiasiyanın üzvü olub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib. “İSO Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyanın rəsmi üzvü kimi qeydiyyata alınıb.

“ISO LOGISTICS” MMC  Avropanın bir çox ölkələrindən tranzit daşınmaları həyata keçirir. Bunlardan Almaniya , Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, İtaliya,  Avstriya sadalamaq olar. Bununla yanaşı Qazaxıstan, Türkmənistan Rusiya daşınmalarını aktiv olaraq davam etdirir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Tranzit yüklərin aşırılması əməliyyatı və onu 24-48 saat ərzində əməliyyatın planlanması, idxal və ixrac proseslərinin həyata keçirilməsini icra etmək şirkətin gördüyü işlərdəndir.
Şirkət prosesləri davamlı olaraq izləmək başlanğıc nöqtəsindən təyinat nöqtəsinə  qədər olan bütün əməliyyatları icra etmək və müştərilərə zamanında və operativ şəkildə məlumatların ötürülməsində daim aktivlik göstərir.

Şirkətin Assosiasiyaya üzv olması logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və sektor üzrə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Assosiasiya “İSO Logistics” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayır və əməkdaşlığın şirkətin inkişafına töhfə verəcəyinə inanırıq.