Alat Trade Facilitation Services Administrative Entity (AFEZ) və AGTL arasında görüş keçirildi

Alat Trade Facilitation Services Administrative Entity (AFEZ) və AGTL arasında görüş keçirildi

Alat Trade Facilitation Services Administrative Entity (AFEZ) və AGTL arasında görüş keçirildi

 

Bu gün Alat Trade Facilitation Services (ATFS) Administrative Entity və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında görüş keçirilib. Tədbir logistika və ticarət sahəsində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.

Görüşdə gömrük prosedurlarının sadələşdirilməsi, beynəlxalq tranzit imkanlarının genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və səmərəli idarəetmə mexanizmləri barədə fikir mübadiləsi aparılıb. İştirakçılar sektorda qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində Ələt Azad İqtisadi Zonasının (AFEZ) imkanları da diqqətə çatdırılıb. Quru və soyuducu anbarlar, multimodal daşımalar, gömrük və vergi güzəştləri, həmçinin dəyər artırıcı xidmətlər logistik və ticarət əməliyyatlarının effektivliyini artırır.

Görüş tərəflər arasında davamlı əməkdaşlığın möhkəmlənməsi və Azərbaycanın tranzit‑logistika imkanlarının strateji yüksəlişi baxımından mühüm addımdır.

#AGTL #AFEZ #gömrük #logistics #customs