Gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən İSO Broker MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib.
Bildirilib ki, yeni üzvlük gömrük və logistika sektorunda peşəkar əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. AGTL çərçivəsində İSO Broker MMC-nin fəaliyyəti sahə üzrə əlaqələrin möhkəmləndirilməsinə və institusional əməkdaşlığın inkişafına xidmət edəcək.

#AGTL #gömrük #logistics #customs

