İnteraz Transport MMC AGTL-ə üzvlük üçün müraciət edib

İnteraz Transport MMC AGTL-ə üzvlük üçün müraciət edib

İnteraz Transport MMC AGTL-ə üzvlük üçün müraciət edib

İnteraz Transport MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sırasına qoşulmaq niyyətini ifadə edib.

Görüş zamanı şirkətin fəaliyyəti, logistika sahəsində əməkdaşlıq imkanları və Assosiasiyanın həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər logistika sektorunun inkişafı, peşəkar əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

AGTL logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən şirkətlərin Assosiasiya ətrafında birləşməsini və sektorun davamlı inkişafına töhfə verəcək əməkdaşlıqların genişləndirilməsini hədəfləyir.