Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) İLS Broker MMC tərəfindən üzvlük müraciəti təqdim olunub. Keçirilən görüşdə şirkətin fəaliyyət istiqamətləri və gömrük təmsilçiliyi sahəsində gördüyü işlər barədə məlumat verilib.
Görüş çərçivəsində Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Tərəflər üzvlük çərçivəsində sektorun inkişafına yönəlmiş layihələrdə birgə iştirakın vacibliyini vurğulayıblar.


#AGTL #gömrük #logistics #customs

