Gömrük Təmsilçiliyi Komitəsinin növbəti iclası keçirilib

Gömrük Təmsilçiliyi Komitəsinin növbəti iclası keçirilib

Gömrük Təmsilçiliyi Komitəsinin növbəti iclası keçirilib

23 yanvar tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərkibində fəaliyyət göstərən Gömrük Təmsilçiliyi Komitəsinin növbəti iclası baş tutub.

İclasda gömrük təmsilçiliyi sektorunda mövcud çağırışlar, sahənin institusional inkişafı və dövlət qurumlarına təqdim olunacaq təkliflər paketinin hazırlanması istiqamətində görüləcək işlər müzakirə edilib. Bu çərçivədə fəaliyyət planının formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Toplantıda Komitə sədri, idarə heyətinin üzvləri və digər üzv gömrük təmsilçiliyi şirkətlərinin nümayəndələri iştirak ediblər.

#AGTL #gömrük #logistics #customs