Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub

Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub

Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub

29 aprel tarixində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub.

​Layihənin əsas detalları aşağıdakılardı...

Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən yüksək vəzifəli şəxslərin (Birinci vitse-prezident və vitse-prezidentlər, Baş nazir və müavinləri, Milli Məclisin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və Ombudsman) şəxsi baqajları gömrük yoxlamasından azad edilir.

​Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları, diplomatik heyət üzvləri və onların ailə üzvlərinin baqajlarına münasibətdə də eyni qayda tətbiq olunur.

​İstisna hal: Əgər həmin şəxsi baqajlarda qanunvericiliklə qadağan olunmuş, ixracı/idxalı tənzimlənən və ya karantin qaydalarına zidd əşyaların olduğuna dair ciddi əsaslar varsa, yoxlama yalnız həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər.

​Bu dəyişikliklər beynəlxalq təcrübəyə və diplomatik protokollara uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi komitə tərəfindən bəyənilib və Milli Məclisin plenar iclasına tövsiyə edilib.