28 aprel tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Qadın Sahibkarlarla İş Komitəsinin təşkilatçılığı, Kitchen Plus MMC-nin tərəfdaşlığı ilə Assosiasiya üzvlərinin çay süfrəsində birgə görüşü baş tutub.
Görüşün əsas məqsədi sahədə fəaliyyət göstərən Assosiasiya üzvlərini bir araya gətirmək, peşəkar əlaqələrin qurulmasına zəmin yaratmaq və assosiasiya üzvləri arasında birgə əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olub.
Toplantı zamanı iştirakçılar logistika və gömrük sahəsində mövcud olan aktual çətinliklər, tənzimləyici mühitdəki son dəyişikliklər və bu dəyişikliklərə uyğunlaşma yolları barədə açıq müzakirələr aparıblar. Hər bir iştirakçının öz praktiki təcrübəsini bölüşməsi görüşə xüsusi əhəmiyyət qazandırıb.
.jpeg)
.jpeg)


