Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi arasında görüş baş tutub
May ayının 5-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında əməkdaşlığın gücləndirilməsi və sektorda mövcud vəziyyət üzrə görüş keçirilib.
Görüş çərçivəsində AGTL üzvü olan KOB-lar sektorda üzləşdikləri aktual problemləri və həll təkliflərini AYNA rəsmilərinə təqdim ediblər.
Görüşdə işçi qrup formatında daimi əməkdaşlıq mexanizminin qurulması, Assosiasiya üzvlərinin AYNA-nın yerli və beynəlxalq səviyyəli tədbirlərində iştirakının təmin edilməsi, AYNA və AGTL Təlim Mərkəzinin birgə sürücü hazırlaması fəaliyyəti, həmçinin nəqliyyat şirkətlərinin korporativləşməsi prosesində tərəflərin ortaq məsuliyyəti əsas prioritetlər kimi müəyyənləşdirilib.
AGTL - bu görüşü dövlət-özəl sektor dialoqunun möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirir.
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)


