“Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub

“Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub

“Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. 

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar, eləcə də Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası İctimai Birliyi (AGBA) iştirak edib. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirə olduğunu, ümumilikdə 2022-ci il ərzində şura tərəfindən 8 ictimai müzakirənin keçirildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ildə də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə belə tədirlərin keçirilməsi davam etdiriləcəkdir. 

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində bu kimi ictimai müzakirələrin əhəmiyyətini vurğulayaraq gömrük sistemində aparılan işlər barədə danışıb, sahibkarların gömrüklə bağlı yaranan məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. 

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.