Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası problemləri müzakirə edib, təkliflər veriblər

Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası problemləri müzakirə edib, təkliflər veriblər

Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası problemləri müzakirə edib, təkliflər veriblər

Bu gün “Ağ Şəhər” biznes mərkəzində Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası növbəti toplantısı keçirilib. 

Toplantını giriş sözü ilə açan Assosiasiyanın icraçı direktoru Azər Aslanov toplantı iştirakçılarını pandemiya və post-pandemiya dövründə Assosiasiyanın fəaliyyəti barədə məlumatlandırıb və planlaşdırılan inkişaf istiqamətləri barədə təkliflər verib.

Daha sonra sonra iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Toplantıda iştirak edən sektorun nüfuzlu şirkətlərinin rəhbərləri öz çıxışlarında mövcud problemlər, onların həll yolları, bu istiqamətdə  qanunvericiliydə edilən və planlaşdırılan dəyişikliklər prosesi zamanı bazar iştirakçılarının cəlb olunmaması, dövlər qurumlarının Assosiasiya ilə görüşlər kecirməməsi barədə danışıblar.

Yekunda görüş iştirakçıları müasir tələblərə uyğun Assosiasiyanın inkişaf strategiyasını formalaşdırıblar.