Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sıralarına Global Logistic MMC də qoşulub.
Qeyd olunub ki, şirkətin Assosiasiyaya üzvlüyü logistika sektorunda fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişlənməsinə və təcrübə mübadiləsinin gücləndirilməsinə şərait yaradacaq.
AGTL çərçivəsində həyata keçirilən fəaliyyətlər logistika xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlib.


