Gilavar Broker MMC Assosiasiyaya üzv qəbul edilib

Gilavar Broker MMC Assosiasiyaya üzv qəbul edilib

Gilavar Broker MMC Assosiasiyaya üzv qəbul edilib

Gilavar Broker MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzv qəbul olunub.

“Gilavar Broker” MMC gömrük bəyannamələrinin tərtibi və gömrük xidmətlərini təşkil edir. Şirkət idxal, ixrac və tranzit əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin tam və operativ şəkildə həyata keçirilməsini təmin edir. Müştərilərə qanunvericiliyin tələblərinə uyğun peşəkar məsləhət və praktiki dəstək göstərilir. Yüklərin düzgün təsnifatı, dəyərinin müəyyən edilməsi və sənədlərin hazırlanması əsas fəaliyyət istiqamətlərindəndir. “Gilavar Broker” MMC şəffaflıq, dəqiqlik və operativlik prinsiplərinə üstünlük verir. Şirkət hüquqi və fiziki şəxslərlə uzunmüddətli və etibarlı əməkdaşlıq qurmağı hədəfləyir.

Qeyd edilib ki, üzvlük Gilavar Broker MMC-nin müvafiq sahədə fəaliyyətinin tanınması və Assosiasiyanın məqsəd və prinsiplərinə uyğunluğunun təsdiqidir. Şirkət nümayəndələri Assosiasiya çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

#AGTL #gömrük #logistics #customs