Gəncədə sahibkarlarla idxal-ixrac mövzusunda görüş keçirilib

Gəncədə sahibkarlarla idxal-ixrac mövzusunda görüş keçirilib

Gəncədə sahibkarlarla idxal-ixrac mövzusunda görüş keçirilib

19 sentyabr 2025-ci ildə Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı, Paşa Holdinq və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ölkənin qərb regionunda fəaliyyət göstərən sahibkarlarla səmərəli görüş baş tutub.


Görüşün keçirilməsində əsas məqsəd – qərb bölgəsində fəaliyyət göstərən sahibkarların idxal-ixrac əməliyyatları zamanı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların həlli istiqamətində müvafiq dövlət qurumları ilə birgə müzakirələrin aparılması, həmçinin sahibkarların yeni rəqəmsal həllər və platformalar barədə maarifləndirilməsi olub. Tədbir eyni zamanda dövlət–özəl əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.