AGTL və Brandbox MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və Brandbox MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və Brandbox MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) idxal və ixrac sahəsində fəaliyyət göstərən şirkətlərin Assosiasiyaya üzvlük müraciətlərinin qəbulunu davam etdirir

Bu istiqamətdə 3 sentyabr 2026-cı il tarixində yağ və süd məhsulları istehsalçısı Brandbox MMC ilə görüş keçirilib.

Görüşdə xarici iqtisadi fəaliyyət iştirakçılarının qarşılaşdığı praktiki məsələlər, idxal və ixrac əməliyyatlarının təşkili, təchizat zəncirinin səmərəliliyinin artırılması və sektorda mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Brandbox MMC-nin AGTL üzvlüyü çərçivəsində Assosiasiyanın fəaliyyət istiqamətlərindən faydalanması, sektor üzrə müzakirələrdə və müvafiq təşəbbüslərdə iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilib.

 

#AGTL #gömrük #customs #logistics