“Ərkivan-Trans” MMC AGTL-ə üzv qəbul olunub

“Ərkivan-Trans” MMC AGTL-ə üzv qəbul olunub

“Ərkivan-Trans” MMC AGTL-ə üzv qəbul olunub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) üzvlərinin sırası genişlənir. Növbəti olaraq “Ərkivan-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyanın üzvlüyünə qəbul edilib.

Arkivan Transport MMC 2014-cü ildən beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərir. O, Azərbaycanın logistika bazarında önəmli mövqeyə sahibdir və uzunmüddətli təcrübəsi ilə seçilir. Arkivan Transport MMC-nin əsas məqsədi Azərbaycanı dünya ilə birləşdirmək, müştərilərə təhlükəsiz, operativ və səmərəli logistika həlləri təqdim etməkdir.

Xidmət istiqamətləri
    •    Quru yolu daşımaları
    •    Dəmir yolu daşımaları
    •    Dəniz yolu daşımaları
    •    Hava yolu daşımaları
    •    Multimodal daşımalar

O, yüklərin daşınmasını Rusiya, İran, Polşa, Belarus, Monqolustan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrə həyata keçirir. Beləliklə, Azərbaycanı Avropa və Asiya ilə birləşdirən etibarlı körpü rolunu oynayır.

Üstünlükləri
    •    10 ildən artıq peşəkar təcrübə
    •    Müasir logistika texnologiyaları
    •    Təhlükəsiz və vaxtında çatdırılma zəmanəti
    •    Beynəlxalq əməkdaşlıq şəbəkəsi

Üzvlük çərçivəsində şirkət logistika və gömrük sahəsində peşəkar platformada təmsil olunacaq, həmçinin beynəlxalq təcrübə mübadiləsində iştirak imkanları qazanacaq. AGTL-dən bildirilib ki, Assosiasiyaya qoşulan hər bir yeni üzv yerli və beynəlxalq yükdaşıma sahəsində əməkdaşlığın güclənməsinə, logistika xidmətlərinin inkişafına töhfə verir.