Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) Elvin-R ÇKM MMC və SRT MMC şirkətləri üzv qəbul olunub.
Qeyd edilib ki, eyni sahibkar tərəfindən idarə olunan bu şirkətlərin Assosiasiyada təmsil olunması fəaliyyətin koordinasiyalı şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.
AGTL çərçivəsində əməkdaşlıq logistika sahəsində peşəkar əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.


