AGTL rəhbərliyi və üzvləri MBM Group" MMC-nin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri MBM Group" MMC-nin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri MBM Group" MMC-nin ofisini ziyarət edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının rəhbərliyi və üzvləri Assosiasiya üzvü - MBM Group" MMC-nin ofisini ziyarət edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Assosiasiya üzvü "MBM Group" MMC-nin ofisini ziyarət edərək şirkətin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş çərçivəsində şirkətin fəaliyyət istiqamətləri, görülən işlər ətraflı nəzərdən keçirilib. Gömrük təmsilçiliyi institutunun inkişafı, sahədə mövcud çətinliklər, hüquqi və prosedur əngəllər, həmçinin sektorda baş verən yeniliklər müzakirə edilib.Tərəflər sektorun inkişafına töhfə verəcək birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Assosiasiya bu kimi sahə ziyarətlərini üzvlərlə canlı dialoq formatında əlaqələrin möhkəmləndirilməsi və sektorun sistemli inkişafının dəstəklənməsi baxımından mühüm hesab edir.