Bakı KOB Evində Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) təhsil alan tələbələr ilə görüş keçirilib.
Hal - hazırda DGKA-nın "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə IV kursda təhsil alan tələbələr Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzv olan şirkətlərdə istehsalat təcrübəsi keçirlər. Təcrübə müddəti ərzində tələbələr müxtəlif dövlət qurumlarında və "Bakı KOB" Gömrük Postunda sahibkarlara göstərilən bütün xidmətlər və iş prosesi ilə yaxından tanış olublar.