Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov və Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru, gömrük xidməti general-mayoru Qulu Novruzov imzalayıblar.
Memorandum çərçivəsində AGTL Akademiyanın inkişafı, kadr potensialının yetirişdirilməsində birgə fəaliyyət, gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərin əməkdaşlarına Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllim heyyəti tərəfindən keçirilən təlimlərin təşkilinə dair razılıq əldə olunub.