Customs Broker Services MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzv qəbul olunub.
“Customs Broker Services” MMC olaraq 10 ilə yaxındır peşəkar gömrük brokeri xidməti göstərir. Ən çətin gömrük rejimlərini həyata keçirir. Bütün mal-müşaiyyət sənədlərini hazırlayır. Rezident və qeyri rezident olan şirkətlərə gömrük brokeri xidməti göstərir. Loqistika, daşımaçılıq, bank və vergi sektoruna aid suallarda konsultasiya edir.
Şirkətin siyasəti ancaq keyfiyyətli gömrük brokeri xidmətinə fokuslanmışdır.
Qeyd edilib ki, üzvlük Customs Broker Services MMC-nin müvafiq sahədə fəaliyyətinin tanınması və Assosiasiyanın məqsəd və prinsiplərinə uyğunluğunun təsdiqidir. Şirkət nümayəndələri Assosiasiya çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.


