CEO şirkətinin təşkilatçılığı, AGTL və Qala Sığortanın tərəfdaşlığı ilə qapalı salamlama kokteyli keçirilib

CEO şirkətinin təşkilatçılığı, AGTL və Qala Sığortanın tərəfdaşlığı ilə qapalı salamlama kokteyli keçirilib

CEO şirkətinin təşkilatçılığı, AGTL və Qala Sığortanın tərəfdaşlığı ilə qapalı salamlama kokteyli keçirilib

TransLogistica Caspian 2026 sərgisi çərçivəsində CEO şirkətinin təşkilatçılığı, AGTL və Qala Sığortanın tərəfdaşlığı ilə qapalı salamlama kokteyli keçirilib

2 iyun 2026-cı il tarixində TransLogistica Caspian sərgisi çərçivəsində CEO şirkətinin təşkilatçılığı, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) və Qala Sığortanın tərəfdaşlığı ilə keçirilən qapalı salamlama kokteylində AGTL rəhbərliyi və üzvləri iştirak ediblər.

Tədbirdə logistika, nəqliyyat və sığorta sektorlarını təmsil edən şirkətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri bir araya gəliblər.

Tədbir çərçivəsində iştirakçılar nəqliyyat-logistika sahəsində sığorta həllərinin əhəmiyyəti, risklərin idarə olunması, eləcə də sektorlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. AGTL üzvləri də tədbir zamanı yerli və beynəlxalq tərəfdaşlarla görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, bu kimi görüşlər logistika və gömrük sahəsində fəaliyyət göstərən şirkətlər arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinin aparılmasına və yeni tərəfdaşlıqların formalaşdırılmasına əlverişli şərait yaradır.