AGTL və üzvləri "TransLogistica Caspian 2026" sərgisinin ilk gününü uğurla başa vurub

AGTL və üzvləri "TransLogistica Caspian 2026" sərgisinin ilk gününü uğurla başa vurub

AGTL və üzvləri "TransLogistica Caspian 2026" sərgisinin ilk gününü uğurla başa vurub

1 iyun 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində “TransLogistica Caspian 2026” sərgisinin rəsmi açılış mərasimi baş tutub.

Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətləri Assosiasiyası (AGTL) sərginin ilk günündə rəhbərlik və üzv şirkətləri ilə birlikdə 2T350 nömrəli stenddə fəal şəkildə təmsil olunub.

Bu il AGTL-in vahid stendi çərçivəsində assosiasiyanın 5 üzv şirkəti - Heritus Logistics MMC, GLT Transport MMC, ECO Logistics & Waste Management MMC, Aznur Logistics MMC və Uniser Group MMC iştirakçı qismində yer alıb. Şirkətlər sərgidə öz xidmət və fəaliyyət istiqamətlərini nümayiş etdirərək ziyarətçilərə ətraflı məlumat təqdim ediblər.

Sərginin ilk günündə AGTL stendi yerli və xarici qonaqların diqqət mərkəzində olub. Gün ərzində üzv şirkətlərin nümayəndələri logistika, nəqliyyat və gömrük sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq tərəfdaşlarla bir sıra işgüzar görüşlər keçiriblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları, yeni layihələr və tərəfdaşlıq perspektivləri müzakirə olunub.

AGTL sərgidə iştirakını logistika və gömrük sektorunda beynəlxalq əlaqələrin genişləndirilməsi, üzv şirkətlərin qlobal bazarlarda tanıdılması və sektorun inkişafına töhfə verən əməkdaşlıqların qurulması baxımından mühüm platforma kimi qiymətləndirir.

Sərgi öz fəaliyyətini növbəti günlərdə də davam etdirəcək.