AGTL rəhbərliyi və üzvləri "TransLogistica Caspian 2026" sərgisini birgə ziyarət edib

AGTL rəhbərliyi və üzvləri "TransLogistica Caspian 2026" sərgisini birgə ziyarət edib

AGTL rəhbərliyi və üzvləri "TransLogistica Caspian 2026" sərgisini birgə ziyarət edib

2 iyun 2026-cı il tarixində keçirilən “TransLogistica Caspian 2026” sərgisinin ikinci günündə Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri sərgidə fəal iştirak edərək AGTL-in və digər şirkətlərin, təşkilatların stendlərini ziyarət ediblər.

Ziyarətlər zamanı iştirakçılar logistika, nəqliyyat, gömrük və əlaqəli sahələr üzrə təqdim olunan yeniliklərlə tanış olub, potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

AGTL üzvləri yerli və beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşlər keçirərək sektorun inkişaf perspektivləri, innovativ həllər və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Sərgidə əldə olunan əlaqələrin üzv şirkətlər arasında işgüzar əməkdaşlığın genişlənməsinə və beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

“TransLogistica Caspian 2026” sərgisi logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlər üçün təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və sektorun ən son tendensiyalarının nümayiş etdirilməsi baxımından mühüm platforma olaraq fəaliyyətini davam etdirir.