Beynəlxalq daşımalar üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq daşımalar üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq daşımalar üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND), KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) Azərbaycan və Türkiyə arasında beynəlxalq daşımalar üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) vitse prezidenti Fatih Şener, AGTL-in icraçı direktoru Vüsal Qasımov, XİFDO-nun icraçı direktoru Kamran Həbibov imzalayıblar. 

Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlığın genişləndirilməsini, bu istiqamətdə əlaqəli məsələlərə birgə dəstəyi, eləcə də hər iki ölkənin daşıyıcılarının və KOB-ların xarici iqtisadi fəaliyyətinə köməyi nəzərdə tutur. 

İmzalanma mərasimi çərçivəsində həmçinin tərəflər arasında görüş keçirilib, müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.

AGTL olaraq bundan sonra da bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığımız davam edəcək. Memorandumun davamı olaraq AGTL UND ilə birlikdə logistika şirkətlərinin, nəqliyyatçıların fəaliyyətlərinə dəstək olacaq fəaliyyət planı hazırlayacaq.