Noyabrın 21-də Belqrad şəhərində Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.
Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası İctimai Birliyi (AGBA) forumda iştirak edib.
Biznes forumunda hər iki tərəfdən rəsmi şəxslər çıxış edib və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.