Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin, həmçinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları və 70-dən çox gömrük təmsilçisi iştirak edib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov gömrük sistemində tətbiq edilən yeni layihələrin səmərəliliyi,  gömrük rəsmiləşdirilməsi prosesinin təşkilində onların əhəmiyyəti barədə məlumat verib.

Həmçinin bəyannamələrin doldurulması zamanı qarşıya çıxan suallar və  logistika sahəsindəki məsələlərlə bağlı müzakirələr aparılıb.

Görüş zamanı səsləndirilən rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb.

Mənbə: Dövlət Gömrük Komitəsi