• [email protected]
  • Bakı ş., Xəzər r., Mərdəkan qəs., Ə. Rəhimov küç., dalan 1, ev 5

AGTL nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət edib

AGTL nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət edib

AGTL nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət edib

3 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Assosiasiya üzvü "GLT Transport MMC"-nin ofisini ziyarət edərək şirkətin fəaliyyəti ilə yaxından tanış olublar.

Ziyarət çərçivəsində şirkətin fəaliyyət istiqamətləri və iş prosesləri ətraflı nəzərdən keçirilib. Şirkətin sektorda qarşılaşdığı əsas çətinliklər müzakirə edilib, bu istiqamətdə AGTL-in dəstək mexanizmləri və həll yolları müzakirə olunub.

Ziyarətin sonunda tərəflər xatirə şəkli çəkdiriblər.

AGTL bu formatda sahə ziyarətlərini üzvlər arasında əlaqələrin möhkəmləndirilməsi və sektorun sistemli inkişafının dəstəklənməsi baxımından mühüm hesab edir və görüşləri mütəmadi davam etdirməyi planlaşdırır.

#AGTL #gömrük #logistics #customs