Aprelin 6-da Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərlə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Azər Aslanov və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər iştirak edib.
Tədbir Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə dair Metodika” sənədi barədə iştirakçıların məlumatlandırması məqsədilə təşkil olunub.
Bildirilib ki, bu sənəddən irəli gələrək gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb və proses sistem vas
itəsilə avtomatik qaydada həyata keçirəcəkdir.
Gömrük əməkdaşları tərəfindən iştirakçılara Metodikanın müddəaları və əsas mahiyyəti barədə məlumat verilərək bildirilib ki, sənəd gömrük bəyannamələrinin tərtib edilməsi zamanı keyfiyyət göstəricilərinin artırılması və biznes subyektlərinin əlavə vaxt və xərc itkisinin aradan qaldırılmasına şərait yaradacaq.