Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb

Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb

Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb

Dövlət Gömrük Komitəsi yeni Gömrük İnkişaf Modelini hazırlayıb.

Bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir.

Yeni Gömrük İnkişaf Modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib. 

“Gömrük İNKİŞAF modeli”nin cəmiyyətdə mahiyyəti üzrə məna yükündən irəli gələn son məqsədlərinə nail olmaq üçün Dövlət Gömrük Komitəsinin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi - “Gömrük xidmətinin Fəaliyyət Proqramı” hazırlanmışdır. Fəaliyyət Proqramında İNKİŞAF modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib məsələlər müəyyənləşdirilmişdir. Bu məsələlər 4 kateqoriyada birləşdirilmişdir:

1. Gömrük dəyəri və ödənişlər:
1.1.  Gömrük dəyərinin müəyyən edilməsi işinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması; 
1.2.  Gömrük rüsum dərəcələrinin və gömrük yığımlarının tətbiqi, malların təsnifatlandırılması;

2. Sərhəd keçidi:
2.1.  Nəqliyyat vasitələri və kommersiya təyinatlı mallarla bağlı sərhəd keçidi;
2.2.  Fiziki şəxslərin və onlara məxsus qeyri-kommersiya təyinatlı malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi, o cümlədən beynəlxalq poçt göndərişləri;
2.3.  Gömrük rəsmiləşdirilməsinin gömrük sərhəd buraxılış məntəqələrinə qədər həlli;

3. Proses və prosedurlar:
3.1.  Gömrük qanunvericiliyinin tətbiqi; 
3.2.  Gömrük rəsmiləşdirilməsinin biznes proseslərinin və xüsusi gömrük prosedurlarının (saxlanc, daxildə emal, müvəqqəti idxal) təkmilləşdirilməsi;
3.3.  İnzibati və hüquqi tədbirlərin icrası (ixrac olunan mallar müqabilində əldə olunmuş valyuta sərvətlərinin ölkəyə gətirilməməsi və s.);
3.4.  Səlahiyyətlər və iş yükünün bölgüsü.

4. Sistem və alətlər:
4.1.  Elektron xidmətlərin təkmilləşdirilməsi; 
4.2.  Gömrük əməliyyatları üzrə şəxsi uçot vərəqəsinin olmaması;
4.3.  Gömrük təmsilçiləri və anbarlar; 
4.4.  Əsas fəaliyyət göstəriciləri (ƏFG);
4.5.  Şəxslərlə əlaqələrin idarə edilməsi (CRM); 
4.6.  Xarici tərəfdaşlar və digər qurumlarla məlumat mübadiləsi və koordinasiya; 
4.7.  Könüllü riayətetmə və ticarət-təchizat zəncirinin təhlükəsizliyi (Səlahiyyətli İqtisadi Operatorlar, Məcburi qərarlar). 


Mənbə: Dövlət Gömrük Komitəsi