Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib. “Avtomend” MMC Assosiasiyanın rəsmi üzvü kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, “Avtomend” nəqliyyat idarəçiliyi sahəsində müasir texnologiyalar tətbiq edərək avtoparkların daha səmərəli və şəffaf idarə olunmasına xidmət göstərir. Şirkət avtomobil parklarının texniki vəziyyətinə, yanacaq sərfiyyatına, sürücü heyətinin işinə və təmir proseslərinə nəzarəti rəqəmsal platforma üzərindən təmin edir.
“Avtomend”in Assosiasiyaya qoşulması gömrük və logistika sektorunda innovativ yanaşmaların tətbiqinə, həmçinin üzv şirkətlər arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Avtomend müəssisələrin avtoparklarını daha səmərəli idarə etməsi üçün yaradılmış innovativ platformadır. Şirkət, müştərilərinə etibarlı, şəffaf və vaxtında xidmət göstərməyi əsas prinsip kimi qəbul edir.
Hazırda Avtomend müxtəlif şirkətlərdə onlarla avtoparkı idarə etməkdədir. Platforma vasitəsilə nəqliyyat vasitələrinin texniki xidmətlərinin izlənməsi, ehtiyat hissələrinin idarə olunması, yanacaq və xərc nəzarəti, həmçinin sürücülərin fəaliyyətinin monitorinqi həyata keçirilir.
Əsas xidmət sahələri:
- Avtoparkın tam idarə olunması
- Texniki xidmət və təmir proseslərinin planlaşdırılması
- Yanacaq sərfiyyatının optimallaşdırılması
- Xərclərin analitik izlənməsi
- Hesabatlılıq və şəffaflıq
Avtomend müştəri məmnuniyyətini, proseslərin avtomatlaşdırılmasını və resurslardan maksimum səmərəli istifadənin təmin edilməsini öz dəyərləri kimi təqdim edir.